Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İmalə orucu pozur?

“İmalə olunmağı yemək-işmək qəbilindən bir şey kimi qəbul etmək olmaz”.

Din İşləri Ali İcmasının imalə ilə əlaqədar qərarı aşağıdakı kimidir:

“İmalə etdirmək məsələsində iki hal var: Qalın bağırsaqlarda su, qlükoza və bəzi minerallar əmildiyinə görə tərkibində qida olan mayenin bağırsaqlara verilməsi və ya orucu batil edən qədər su əmiləcək şəklində verilən suyun bağırsaqda qalması halında oruc pozulur. Ancaq suyun bağırsaqlara daxil edilməsindən sonra orada qalmadan bağırsaqların dərhal təmizlənməsi halında verilən suyla birlikdə bağırsaqlarda olan ifrazatın xaricə çıxarıldığı və bu vaxt əmilən su da çox az olduğuna görə oruc pozulmur”.

Din.az “muselmanlar.com”a istinadən bildirir ki, bizim fikrimizcə isə hər iki halda da oruc batil olmaz. Çünki imalə olunmaq yemək-işmək qəbilindən bir şey kimi qiymətləndirilən bir məsələ deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az