İLAHİYYATÇI ELŞAD MİRİ: “ATANIN NİKAHDANKƏNAR ÖVLADI İLƏ AİLƏ QURMASI…”

“Əgər belə bir açıqlama varsa, bu biabırçılıqdan başqa bir şey deyil”.
Misirin Əl Əzhər Universitetinin tanınmış din xadimi Mazən əl-Sərvani son açıqlamasında kişilərin nikahdankənar doğulan qızları ilə ailə qura biləcəklərini söyləyib və şəriətdə bununla bağlı hər hansısa bir qadağanın olmadığını bildirib.
Din.az A24.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Qaynarinfo”ya açıqlama verən tanınmış ilahiyyatçı Elşad Miri məsələdən xəbərsiz olduğunu, əgər belə bir açıqlama varsa, bunun biabırçılıqdan başqa bir şey olmadığını deyib.
“Belə bir açıqlamanın olub-olmadığını dəqiq bilmirəm. Əgər belə bir açıqlama yoxdursa, yanlış informasiyadırsa, deməli həmin insanın haqqına girilir. Yox, əgər həmin din xadimi bu barədə həqiqətən belə açıqlama veribsə, bu, biabırçılıqdır. Çünki heç kim heç zaman bir insanı hansı formada doğulmasına görə ittiham edə və digər birinə halal edə bilməz”, – deyə o, bildirib.