Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İLAHİYYATÇI: “QURANİ-KƏRİMDƏ QURBAN SÖZÜ HEYVAN KƏSMƏK MƏNASINDA İŞLƏDİLMİR”

“Qurban” sözü ərəb dilində yaxınlaşmaq deməkdir”.

 

İlahiyyatçı Elşad Miri deyir ki, insanlar yaradılış iyerarxiyasını qorumalıdırlar.

 

Elşad Miri: “İslam dinindəki bayramlar sosial yardımlaşmanı təbliğ edirlər”

 

Qurban bayramı İslamın Ramazan bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Ancaq Qurban bayramının mahiyyətini və önəmini heç də hər kəs doğru anlamır. İlahiyyatçı Elşad Miri Sputnik Azərbaycan-a deyir ki, insanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar: “Qurani-Kərimdə “qurban” sözü bizim bildiyimiz kimi heyvan kəsmək mənasında işlədilmir. Ərəb dilində qurban yaxınlaşmaq deməkdir”.
“Yaradılış iyerarxiyasını qorumalıyıq. İbadətin pozulmamağı üçün qurbanlıq heyvanlar xüsusi yerlərdə kəsilməli, təmizlik olmalıdır. İslam dininin iki əsas bayramı da sosial yardımlaşmanı təbliğ edən bayramlardır” – deyə o bildirib.

Din.az Sputnik.az-a istinad edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az