İLAHİYYATÇI QADIN SÜNNƏTİ HAQQINDA: 150 MİLYONDAN ÇOXU İSLAM ÖLKƏLƏRİNDƏDİR – VİDEO

“Uydurma hədislərlə qadınlar sünnət edilir”.
Türkiyədə ilahiyyatçı, Quran araşdırmaçısı və yazar olaraq tanınan Caner Taslaman qadın sünnəti ilə bağlı videoçarx hazırlayıb.
Din.az “A24.az”a istinadən bildirir ki, ilahiyyatçı danışığında qadınların sünnət edilməsinin İslam adına uydurulanlardan biri və ən geniş yayılanıdır. Dünyada 200 milyondan çox sünnət edilmiş qadın var. Qadınların 150 milyondan çoxu İslam ölkələrindədir. Hətta bir çox ölkələrdə, məsələn Misirdə uydurma hədislərlə qadınlar sünnət edilir.
Tibbi cəhətdən bunun zərərlərini hər kəs bilir. Çünki qadının sünnət edilməsinin uşağın dünyaya xəstə gəlməsinə kimi mənfi təsirləri var. Kiçik bir araşdırma ilə belə bunun mənfi tərəflərini aşkarlaya bilərsiniz.
Daha təfərrüatlı aşağıdakı videoda təqdim edirik: