Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İlahiyyatçı onu söyənlərin cavabını belə verdi! – VİDEO

“Onlar haqqa gəlmir deyə, özünü həlakmı edəcəksən?”

Ötən həftə APA TV-nin canlı efirində qonaq olan ilahiyyatçı Elşad Miri gündəm yaradan açıqlamaları ilə geniş müzakirə mövzusu oldu. Hər zaman açıqlamaları ilə heç də hər kəs tərəfindən birmənalı qarşlanmayan ilahiyyatçını qəbul etməyənlərlə yanaşı, pis sözlərlə təhqir edənlər də az deyil.

Din.az bildirir ki, aparıcı efirin son dəqiqələrində ilahiyyatçıya “veriliş boyu sizin bugünkü çıxışınızla bağlı 448 şərh gəlib. Şərhlərdə sizi dəstəkləyənlər də var, tənqid edənlər, ağır söz yazanlar da var. Sizə qarşı ağır ifadələr işlədənlərə nə demək istərdiniz?” sualını verib.

-Heç nə demirəm. Sadəcə olaraq bir dənə Quranı oxusunlar.

Bir dəfə bir nəfər mənə həqiqətən soyüş yazdı. Əhval-ruhiyyəmin yaxşı olan vaxtı idi və cavab olaraq ona yazdım ki, insan heç olmasa Salam verər. Yazdı ki, Peyğəmbərin səhvi olduğunu deyən bir adama Salam vermirəm. Dedim axı mən bunları Qurana əsaslanıb deyirəm. Daha sonra ona Quran ayələri yazdım ki, xahiş edirəm araşdır. Düzdür, çox danışdıq, amma 2 həftədən sonra məndən halallıq istədi və “həqiqətən mən ayələri araşdırdım, Qurani-Kərimin bizim öz dilimizdəki tərcümələrdə bu sözlər var imiş. Günah, üsyan, səhv yol sözü keçirmiş” yazdı.

Yəni mən insanları bircə dənə araşdırmağa dəvət edirəm. Heç olmasa, xahiş edirəm, bu kitabı (Quranı göstərir) oxuyun. Yalandan ərəbcəsini oxumaqla deyil, mənasını oxuyun. Çünki bu kitab mənası başa düşülməmək üçün, öpüb gözümüzün, alnımızın ortasına qoyulması üçün deyil. Oxuyub buna uyğun yaşamağımız üçün göndərilib. Yəni peyğəmbərimiz də bunu edib. Peyğəmbərimizin özünə nələr dedilər?! Peyğəmbərimizi vurmadılarmı, döymədilərmi, yalançı hesab etmədilərmi, məcnun, sehrbaz demədilərmi? Yəni bu sözlər təbidir. Mən də bu yola çıxanda bunları bilirdim. Amma mən o insanları sevirəm, çünki gözəl bir söz var: “Yaradılanı sev, Yaradandan ötəri!”

Bilirəm ki, bu insanlar nə vaxtsa, həqiqətən Haqqa gələcəklər. Allah Peyğəmbərinə nə deyir? Deyir “Onlar haqqa gəlmir deyə, özünü həlakmı edəcəksən?” Yenə də deyirəm, mənim vəzifəm insanlara haqqı çatdırmaqdır və bunun üçün də heç kimdən muzd, mənfəət, mükafat, pul – heç nə gözləmədən bunu Allah üçün edirəm. Mən də deyirəm ki, peyğəmbərlərin Allahın əmr etdiyi kimi “bizim mükafatımızı verəcək ancaq Allahdır və Allaha ümid edirik, hamımız Ona qayıdacağıq”.

Daha sonra ilahiyyatçı videoda Türkiyənin KRT kanalında qonaq olarkən türk ilahiyyatçı Ramazan Koyuncunun məhz həmin sualla (bir çox araşdırmaçı türk ilahiyyatçıların paylaşımlarına sosial mediada söyüşlər yazılır) bağlı müsahibəsini də təqdim edib.

Sözügedən videogörüntünü sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az