İLAHİYYATÇI MYANMADAKI MÜSƏLMANLARIN NİYƏ ÖLDÜRÜLDÜYÜNÜ İZAH ETDİ – VİDEO

“Orda yaşayan insanların yeganə ümidləri sağ qalmaları, yaşaya bilmələridir”.
İlahiyyatçı Elşad Miri son zamanlar Myanmada kütləvi şəkildə soyqırıma məruz qalan Araqanlı müsəlmanlar haqqında videomaterial hazırlayıb.
Din.az “A24.az”-a əsasən bildirir ki, ilahiyyatçı mart ayında Banqladeşə səfəri zamanı Türkiyədən olan bir qrup insanla birlikdə Myanmada yaşayan müsəlmanlara baş çəkib. Araqanlı müsəlmanlara yardım aparan türklərə qoşulan ilahiyyatçı gördüklərindən dolayı stress keçirib:
“Orda yaşayan insanların yeganə ümidləri sağ qalmaları, yaşaya bilmələridir. Bildiyiniz kimi Banqladeş dünyanın ən kasıb ölkələrindən biridir. Bir çox brend firmaların paltarları orada tikilməsinə baxmayaraq, insanların bir ay ərzində ən çox aldıqları əmək haqqı 80 dollardır. Ən az əmək haqqı isə 20 dollardır. Myanmada yaşayan insanların ortalama yaş həddi isə 45 yaşdır”.
Elşad Miri söhbət əsnasında bu günləri Myanmada yaşananların səbəbsiz yerə olmadığını, hər şeyin başında neft və qaz ehtiyatlarının durduğunu izah edib:
“Bu gün bütün dünyada Myanmadakı müsəlmanların qətlinə səssiz qalıblar. Araqan müsəlmanlarının hədəf seçilməsi də səbəbsiz deyil. Çünki araqan müsəlmanlarının yerləşdiyi mühit strateji bir yerdir və orada 1,2 trilyon kub metr qaz və 2,1 milyard barellik neft ehtiyatları var. Amma bununla yanaşı hadisələrin kökü 2010-cu ildə başlayıb 2013-cü ildə bitən araqan torpaqlarının üzərindən keçən qaz kəməridir. Həmin o qaz kəməri də Çinə gedir. Çində yekunlaşan qaz kəmərindən isə Çin istifadə edir. Bəs, niyə Qərb ölkələri bu soyqırıma səslərini çıxartmırlar?! Aydındır ki, burda qazanan Çindir. Amma həmin bölgədə iş görənlərin əsas hissəsi Avropanın ən böyük şirkətləri olan Chevron, BP, Shell, Total-dır. Yəni bu şirkətlər orda fəaliyyət göstərirlər, təbii ki, ona görə də bu müsibətlərə səssiz qalıblar”.
“A24.az” ilahiyyatçının araqanlı müsəlmanlar haqqında hazırladığı videomaterialı təqdim edir: