İlahiyyatçı Elşad Miri – Şəri, pisliyi yaradan ALLAHdırmı?

Ateistlərin yalanlarına cavab …
Bu məsələ teist olmayanların əllərindəki ən güclü arqumentlərindən biri kimi tədqim olunur.
Bu təqdimat belə ifadə olunur:
“Dünyada şər varsa, mənfiliklər mövcuddursa, yamanlıqlar baş verirsə, Allah da bütün bunlara biganə qalırsa, deməli, ya hər şeyə gücü çatan tanrı yoxdur, ya da tanrı əzazildir ki, bu hadisələrin baş verməsinə imkan yaradır. Bunlar da Tanrı anlayışı ilə uyğun gəlmədiyinə görə, deməli, tanrı yoxdur”.
Şər problemi ilə ortaya atılan iddialar, əsasən, Allahla insan arasındakı münasibəti qırmaq, Allahın yoxluğunun isbatı üçün istifadə etmək, həyatda baş verən yamanlığı ya Allahın üstünə atıb Onu aradan çıxarmaq, ya da bunu Allaha xas olan xüsusiyyətləri şübhə altına alaraq din anlayışının aradan qalxmasına çalışmaqdır.
Ümumiyyətlə, şər nədir? Pislik niyə var? Yamanlıq nə mənaya gəlir? Bizim şər kimi gördüyümüz həqiqətən şərdirmi? Sənə görə şər olan mənə görə də şərdirmi? Bizə görə şər olan başqalarına görə də şərdirmi? Şər nisbidir, yoxsa mütləq? Digər canlıların etdikləri şərdir, zülmdür, yoxsa vəhşilik? Şər canlı və cansızlar arasında təkcə insanamı məxsusdur?
Din.az bildirir ki, Elşad Miri ateistlərin ən böyük iddialarından birinə cavab verir…