Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İlahiyyat İnstitutu videodərslərə başladı

Dərslər bütün kursları əhatə edəcək. Hər kəs bu dərslərdən istifadə edə bilər.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) videodərslərə start verib. Bu barədə İnstitutun rəsmi “facebook” səhifəsində məlumat verilir.

Din.az İnstitutun sosial media hesabına istinadən həmin məlumatı və dərslərin birini diqqətinizə çatdırır.

Ali təhsil müəssisəsinin rəsmi “facebook” səhifəsində qeyd edilir: “Ölkədə koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Azərbaycan İlahiyyat İnstitutunda videodərslərə start verilir”.

İnstitutda təhsil alan tələbələrin dərs prosesindən kənar qalmaması üçün ali təhsil müəssisəsinin rəsmi “facebook” səhifəsində yayımlanacaq dərsləri izləyə bilərlər. Dərslər bütün kursları əhatə edəcək.

 

 

 

 

 

 

 

 

 

Din.az saytı olaraq Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlovun təqdimatında “Qurani-Kərim təcvidi” fənnindən 12 dəqiqəlik videodərsi təqdim edirik:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az