Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

 İƏT-ə üzv ölkə rəhbərlərinin görüşü keçiriləcək

İƏT üzv ölkə rəhbərlərinin görüşü ilk dəfə Astanada keçiriləcək.

Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərin rəhbərlərinin görüşü keçiriləcək.

Din.az bildirir ki, bu barədə Trend-ə İƏT-dən bildirblər.

İƏT-dən verilən məlumata görə, İƏT üzv ölkə rəhbərlərinin görüşünün Astanada keçirilməsi ilk dəfədir.

Təşkilatdan həmçinin onu da qeyd ediblər ki, görüşün avqustun sonu və ya sentyabrın əvvəlində keçirilməsi gözlənilir.

Görüşdə İƏT üzv ölkə rəhbərlərinin iqtisadi, sosial və siyasi məsələləri müzakirə edəcəyi gözlənilir.

İƏT-dən qeyd ediblər ki, hazırda görüşün təşkil edilməsi ilə bağlı hazırlıq işləri görülür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az