Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İƏT baş katibi: İslam Həmrəyliyi Oyunları İslamın həqiqi obrazını nümayiş etdirir (ÖZƏL)

“Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması çox mühüm hadisədir”.

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrində ən böyük idman tədbiridir və təkcə İslam həmrəyliyini yox, həm də İslamın həqiqi obrazını nümayiş etdirir.

“Din.az” bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.

Onun sözlərinə görə, İƏT-in sülh, inkişaf və həmrəyliyə kömək göstərməsi çox vacibdir: “Ona görə də Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması çox mühümdür. Bu, İƏT-in vacib üzv ölkəsi olan Azərbaycanın statusunu, dostluq, birlik və müsəlman dünyasında insanların dinc və birgə yaşayışı üçün böyük səylərini vurğulayır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az