Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İÇKİNİN HARAM OLDUĞU QURANDA YAZILIBMI?” – ATATÜRKÜN İMAMLA SÖHBƏTİ – VİDEO

Atatürklə imamın maraqlı dialoqu…

Türkiyənin TRT telekanalı Atatürkün xatirələrindən bəhs edən arxiv video yayımlayıb.

Din.az A24.Az-a istinadən xəbər verir ki, onun sürücüsü Sadık Kutlu Atatürkün də iştirak etdiyi məclislərin birində, Kamal paşanın imamla olan söhbətindən bəhs edib

Belə ki, hər kəs bira içərkən imam içməyib. Bu da Atatürkün gözündən yayınmayıb. Atatürk imamdan “Haram olduğu Quranda yazılıb mı” deyə soruşub.

Kamal Paşanın sürücüsü o günü belə xatırlayır:

“Məclisdə oturanlardan biri içmədi. Atatürkün diqqətini çəkdi.. Siz niyə içmirsiniz deyə soruşdu. Buranın axundu, imamı dedilər. Bu isti havada İmama içəcək bir şey gətirin dedi. Soyuducu olmadığı üçün isti ayran gətirdilər. Atatürk imamdan soruşdu ki, bu isti havada buzlu bira içilməz?. İmam haramdır dedi. Atatürk niyə haram olduğunu soruşdu. İmam cavab vermədi. Atatürk bununla bağlı hədis varmı deyə soruşdu. İmam bu sualı da cavabsız qoydu. İmam sonunda cavab verdi və dedi ki, mən müsəlmanam amma dərin bilgi sahibi deyiləm. Mən çox iş axtardım amma tapa bilmədim. Kamal paşa cavabında afərin türk yalan deməz. Amma bura bir əcnəbi gəlib, sənə dindən sual versə bilməyəcəksən, öyrən dedi”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az