Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“HOLLYWOOD” ULDUZLARININ QOŞULDUĞU “SCİENTOLOGY” KİLSƏSİNİN SİRRİ NƏDİR?

Bir çox dünya ulduzlarının üzv olduğu təriqət…

“Scientology” Tom Kruzdan Con Travoltaya, Elvis Preslinin həyat yoldaşı Prisilla Presle ilə qızı Liza Marie Presleyə kimi bir çox məşhurların üzv olduğu təriqətdir. Təqdim etdikləri saxta elm və boş ümidlərlə milyardlarla dollarlar qazanan təriqət qanuni olaraq dini cəmiyyət olduqları üçün vergi də vermir.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, “Scientology” “Hollywood” ulduzlarının iştirakı ilə məşhur olan “New Age” təriqətidir. 1954-cü ildə amerikalı fantast yazıçı L.Ron Hubbard (1911-1986) tərəfindən qurulan sözdə elmi – dini təriqətdir ki, müdirlərinin sayı yüz min ilə on milyon arasında dəyişir.

L.Ron Hubbard
Hubbard uzun müddət fantastik əsərlər yazandan sonra fantastikanı “elm” olaraq satmağın ona daha çox qazanc gətirəcəyini düşünüb sözdə elmi bir əsər olan “Dianetik: Müasir Ağıl Sağlamlığı Elmi” adlı kitabını qələmə alır. Gözlədiyi nəticəni alabilməyən yazıçı işin içinə dini də qatmağı qərar verir və “Scientology” adlı təriqət qurur. Beləliklə, “Scientology” ilk gündən uğur qazanır və milyard dollarlıq gəlir və sirli məqamları özündə cəmləşdirən təriqət halına gəlir.

“Scientology” zehnin sağlamlığının elmi olduğunu iddia etdikləri Dianetik adlı bir intizamı müdafiə edir. Hubbardın dianetiyinə görə, qarşılaşdığımız mənfi hadisələr beynimizdə “engram” adını verdiyi struktorlar vasitəsi ilə saxlanılır. Engramlar bütün psixoloji problemlərin və ağrıların təməlidir. Hətta engramlar allergiya, yüksək təzyiq, sinüzit, damar tıxanıqlığı kimi bir çox fiziki xəstəliklərə səbəb olur.

Hubbard engramların yaratdığı problemləri müalicə etməyin yeganə yolunu kəşf etdiyini iddia edir və bu üsula nəzarət etmə (auditing) adını verir. İnsanlar “nəzarətçi” adı verilən terapistə mənfi xatirələr və təcrübələr köçürülür. Müalicədən əvvəl və sonra xəstə “E-metr”ə dedikləri cihaza bağlanır, engramların təsirləri ölçülür. Terapiyanı keçən şəxs bu cihazın xəstəni engramlardan təmizlədiyini söyləyənə qədər müalicə müddəti davam edər. Əlbəttə ki, müalicənin yüksək maddi xərclərlə həyata keçirildiyini deməyə lüzum yoxdur.

“E metr” xəstənin hər iki əlində tutduğu iki çubuqdan və onlardan keçən aşağı gərginlikli müqaviməti ölçən cihazdır. Xəstənin müqavimətinin ölçüsü əlin tərləməsi, çubuqların nə qədər möhkəm tutulması və əlin istiliyi kimi faktorlardan asılıdır. Bu faktorlar isə əksər vaxt xəstənin ruh halı ilə əlaqədar deyil. Normal şərtlər daxilində 300 dollara başa gələn “e-metr” müridlərə 4 min dollara satılır. Təriqət isə cihazın bütün ruhi xəstəliklərin müalicə olunmasında istifadə edildiyini bəyan edib minlərlə dollar seanslar təşkil edir. Lakin 1971-ci ildə ABŞ məhkəmələri cihazın heç bir elmi təsiri olmadığını hökm sürdü. Bunu görən “Scientology” təriqəti bu ifadələri işlətdi: “Bu cihaz özbaşına heç bir şey etmir. “E-metr” tibbi və ya elmi olaraq heç kimin sağlamlığını və ya bədəninin funksiyalarını yaxşılaşdırmaq özəlliyinə sahib deyildir. Yeganə məqsədi “Scientology” kilsəsinin rahib və tələbələri tərəfindən dini inanclarla istifadə edilməsidir”. Yəni “Scientology” təriqətinin özünü birbaşa “E-metr”ənin heç bir işə yaramadığını etiraf etmək məcburiyyətində qoymuşdular.

Təriqətdə yüksəlmək üçün müdirlər davamlı olaraq təhsil və seanslarda iştirak etmək məcburiyyətindədirlər. Hər təhsil və seans üçün müridlərdən külli miqdarda pullar alınır. Üstəlik “Scientology” əldə etdiyi pullardan vergi belə vermir, ancaq milyardlarla dollar qazanır.

Beləliklə, “Scientology” təriqəti insanlara sağlam və uğurlu həyat vəd etməklə insanların həm ağıllarını, həm də sağlamlıqlarını təhlükə altına atmaqdadır.

Firuzə Alimova / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az