HOLLİVUD AKTRİSASI BAŞINI BAĞLADIĞI ÜÇÜN SAXLANILDI

Aktrisa yerli adət-ənənələrə hörmət əlaməti olaraq başına örpək bağlayıb.
Hollivud ulduzu Lindsi Lohan Londonun Hitrou hava limanında şübhəli şəxs qismində saxlanılıb.
“Din.az” xəbər verir ki, aktrisa başına örpək bağladığı üçün əlavə yoxlamadan keçməli olub.
İstanbuldan gələn Lohan Londondan keçməklə Nyu-Yorka gedirmiş.
Aktrisanın sözlərinə görə, o, Türkiyə şəhərində yerli adət-ənənələrə hörmət əlaməti olaraq başına örpək bağlayıb və kənardakıların diqqətini cəlb etməmək üçün onu çıxartmamaq qərarına gəlib.