Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hollandiyanın baş naziri Mark Rut nə üçün müsəlmanları sevmir?

Mark Rut: “Ya qaydalara tabe olacaqsınız, ya da çıxıb gedəcəksiniz”

Hollandiyanın baş naziri Mark Rutun müsəlmanları sevməməsinin səbəbi, onların qadın əlini saxmamalıdır.

“Din.az” “timeturk.com” saytına istinadən xəbər verir ki, Türkiyənin məşhur jurnalisti Hakan Albayrak mövzu ilə bağlı fikirlərini belə bildirib: “Rut və Uilders eyni yerdən gəlib eyni yerə gedirlər. Yalnız yoqurt yemə tərzləri fərqlidir”.

Albayrak fikirlərini belə səsləndirib: “Hollandiyanın baş naziri Mark Rut ötən ay qəzetlərə elanlar verərək ölkədəki müsəlman mühacirlərə “Ya qaydalara tabe olacaqsınız, ya da çıxıb gedəcəksiniz” deyib. Bəs o hansı qaydaları nəzərdə tuturdu? Jurnalistlərdən biri Mark Ruta “zəhmət olmasa bir nümunə verə bilərsiniz?” dedikdə, Mark Rut “qadın əli sıxmayan sürücü namizəd” cavabını verib. Bu hadisə belə olub. Hollandiyada bir müsəlman qardaşımız avtobus sürücüsü olmaq üçün şirkərlərdən birinə müraciət edib. Həmin şirkət də bu müsəlmanın, qadınların əlini sıxmadığına görə onun müraciətinə baxmayıb. Müsəlman qardaşımız bu səbəbdən məhkəməyə müraciət edərək orada qalib gəlib.

Hollandiyanın baş naziri Mark Rut avtobus sürücüsünün din səbəbilə qadınların əlini sıxmamasını “qəbuledilməz” adlandırıb. Onun fikrincə, Hollandiya şərtlərində hər kəs bir-birinə əlini uzatmalıdır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az