Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hollandiyada məscidlər bağlana bilər

Hollandiyalı siyasətçidən irqçi vədlər…

696x392_327592-300x169Hollandiyada irqçi mövqeyilə tanınan “Azadlıq” Partiyasının lideri Girt Uilders, 2017-ci ildə keçiriləcək seçimlərdə partiyasının seçki platformasını açıqlayıb.

“Din.az”ın “a24.az”a istinadən verdiyi məlumata görə, ifrat sağçı olan Uildersin seçki platformasında xalqa vəd etdikləri arasında, Hollandiyada məscidlərin bağlanılması, İslamın müqəddəs kitabı olan Quranın qadağan edilməsi və İslam məktəblərinin bağlanılması da yer alır. Uilders, İslam ölkələrindən Hollandiyaya girişləri də qadağan edəcəyini bildirir. Uildersin İslam və əcnəbilər əleyhinə vədləri bununla bitmir. Ölkədəki mühacir düşərgələrini bağlayacağını qeyd edən Uilders, küçədə baş örtüyünün taxılmasına da qadağa qoyacağını açıqlayıb.

Uilders, müdafiə və təhlükəsizlik xərclərini artırmaq məqsədilə inkişafa yardım və incəsənətə dövlət dəstəyini də azaltmağı vəd edir.

Sonuncu sosial sorğulara əsasən, 17 martda keçirilməsi tövsiyə edilən seçkilərdə Uilders, partiyası PVV-nin ən güclü partiya olacağı gözlənilir. 150 kreslolu Hollandiya parlamentində Uildersin təxminən 27 millət vəkilliyi əldə edəcəyi bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az