Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

HOLLANDİYA SREBRENİTSA QƏTLİAMINDAKI GÜNAHINI ETİRAF ETDİ

Hollandiya hökumətinin qismən günahkar olduğu təsdiq edilib.

Hollandiya Ali Məhkəməsi 1995-ci ildə Srebrenitsada təxminən 300 bosniyalı kişinin öldürülməsinə görə Hollandiyanın qismən günahkar olması haqqında hökm verib.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Hollandiyada Apelyasiya Məhkəməsi 1995-ci ildə Srebrenitsada təxminən 300 bosniyalı kişinin öldürülməsinə görə Hollandiyanın qismən məsuliyyət daşıdığı haqqında hökm verib.

Lahey Apelyasiya Məhkəməsi 2014-cü ildə bölgə məhkəməsi tərəfindən verilən bosniyalı kişilərin öldürülməsinə görə Hollandiya hökumətinin qismən günahkar olması ilə bağlı qərarını təsdiqləyib.

Məhkəmədə hakim Gepke Dulek Hollandiya əsgərlərinin 300 bosniyalını hərbi düşərgədən çıxardığını və bu şəxslərin düşərgədən çıkarılmasıyla onların həyatlarına son qoyulduğunu bildirib.

Məhkəmə mərhumların yaxınlarının tələb etdiyi təzminatın 30%-nin ödəniləcəyi haqqında qərar qəbul etsə də srebrenitsalıların yaxınlarının vəkili Semir Guzin qərardan razı olmadıqlarını, qanuni çərçivədə qərara görə apelyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Bosniya müharibəsi zamanı BMT əsgərlərinin qoruduğu Srebrenitsa, 11 iyul 1995-ci ildə serb general Ratko Mladiçin rəhbəri olduğu serb hərbi dəstələri tərəfindən işğal edilib. BMT-nin nəzdindəki hollandiyalı əsgərlərə sığınan çox sayda bosniyalı hollandiyalı əsgərlər tərəfindən serblərə təslim edilmiş, həmin bosniyalıların əksəriyyəti aparıldıqları meşələrdə və zirzəmilərdə qətlə yetirilmişdilər. Srebrenitsada baş verənlər Avropa Parlamenti və BMT tərəfindən soyqırımı aktı kimi qəbul edildi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az