Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Hindistandan müsəlmanlarla bağlı SENSASİON ADDIM

Hindistan dünyada ən çox müsəlmanın yaşadığı ikinci ölkədir.

Hindistan parlamenti müsəlmanlara qarşı radikal addım atıb.

Din.az xəbər verir ki, qəbul edilən yeni qanuna əsasən, ətraf dövlətlərdən gələn 6 fərqli ölkənin dini qruplarına vətəndaşlıq almaq üçün yol açılır.

Lakin bu qanun müsəlmanlara şamil olunmur.

Hindistan dünyada ən çox müsəlmanın yaşadığı ikinci ölkədir. Rəhbərliyin yeni qanunla 200 milyonluq müsəlmanı ikinci sinif vətəndaş etmək və bir çoxunu vətənsiz qoymaq niyyətinin olduğu bildirilir.

Yeni Vətəndaşlıq Dəyişikliyi Qanunu, Pakistan, Banqladeş və Əfqanıstandan gələn hindu, buddist, yəhudi, fars və xristianları qorumaq məqsədi daşıyır. Qanun, ailələrinin nəsillər boyunca Hindistanda yaşadığına dair dəlil verə bilməyən müsəlmanların həbs edilməsi və ya deportasiyasını isə bir qədər də asanlaşdırır.  / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az