Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hindistanda yerli sektanın lideri ilə bağlı qərardan sonra yaranmış qarışıqlıqlarda 25 nəfər öldürülüb

Narkotik asılılığına qarşı mübarizə aparan sekta…

Hindistanda məhkəmənin zorlamada təqsirli bilinmiş “mənəvi lider”in yerli sektanın rəhbəri təyin edilməsi ilə bağlı qərarının elan olunmasından sonra baş vermiş toqquşmaların gedişatında azı 25 nəfər həlak olub
Din.az bildirir ki, bu barədə “The Hindustan Times” xəbər verib.
Minlərlə insan Ram Rahimin yerli sektanın rəhbəri elan edilməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Yerli sektanın tərəfdarları Pəncab və Hariyan ştatlarında küçələrə çıxaraq dövlət müəssisələrini daşa basıblar. Həmçinin jurnalistlərə və polisə hücum ediblər, avtobusları və qatarı yandırıblar. Təkcə məhkəmənin keçirildiyi Çandiqarx şəhərindəki etirazlarda 200 mindən çox insan iştirak edib.
50 yaşlı Qurmit Ram Rahim 1948-ci ildən mövcud olan və narkotik asılılığına qarşı mübarizə aparan sektanın lideridir. Bundan əvvəl məhkəmə onu dini Dera Saça Sauda sektasının təliminə daxil olmuş iki tərəfdarın zorlanmasında təqsirli bilib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az