Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

HİNDİSTANDA MÜSƏLMAN KİŞİLƏRİN BOŞANMA HÜQUQU 6 AYLIQ DAYANDIRILIB

Hindistanda yaşayan müsəlman qadınlar etiraz etdilər.

Hindistan Ali Məhkəməsi ictimaiyyətin etiraz nümayişlərindən sonra İslam çərçivəsində qanunun istifadəsini qadağan edib.

Din.az bildirir ki, məhkəmə qanunu 6 aylıq müddətə bloklayıb.
Bu qanun ölkədəki müsəlman kişilərə həyat yoldaşına sadəcə üç dəfə “talaq” sözünü yazmaq və ya deməklə boşanmağa icazə verirdi. Amma Hindistanda yaşayan müsəlman qadınlar etiraz edərək, kişilərin bu sözdən sui-istifadə etdiyini, hətta boşanma barədə “Skype” və “WhatsApp”dan istifadə etdiklərini bəyan ediblər.
Qeyd edək ki, talyak (ərəbcə “boşanma” deməkdir) İslamda boşanma prosedurudur. Boşanma barədə elan etmək hüququ ərdə olur, arvad isə yalnız şəriət məhkəməsi vasitəsilə boşanma tələb etmək hüququna malikdir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az