Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

HİNDİSTAN İSLAMA GÖRƏ BU HÖKMDARA BORCLUDUR – İLK “SULTAN” LƏQƏBİNİ ALAN MAHMUD QƏZNƏVİ

Mahmud Qəznəvi kimdir?

Hindistanı İslamla tanış edən Mahmud Qəznəvi tarixdə “Sultan” adını alan ilk insan olub. 971-ci il noyabrın 2-də anadan olub.  1030-cu ilin 30 aprelində isə Qəznədə vəfat edib.

Qəznədə doğulan Hindistan fatehinin atası Qara Aslan oğlu Səbuk Təkin Saman oğulları dövlətinin Xorasan valisi, anası Zabulistan bölgəsindən nəcib bir ailənin qızı  olub.

Mahmud dövrünün tanınmış alimlərindən dərs alıb, cəsarəti və mərdliyi ilə seçilib. Mahmudun atasının  planları var idi.   O, Samanoğullarına qarşı müstəqilliyini elan edərək Qəznəvilər Dövləti qurmaq və Qəznəli Mahmudu isə gənc yaşından etibarən dövlət aparatında vəzifədə görmək istəyirdi və gördü də.  Atasının sağlığında Xorasan qubernatoru vəzifəsini (994) icra edəndə Mahmudun 24 yaşı var idi.  Yüksək idarəetmə bacarığı onu Qəznəvilərin sultanı edib.

Mahmud iki il vali işləyib və 996-cı ildə atası Səbuq Təkinin vəfatından sonra  taxta çıxıb və tez bir zamnada Buxara, Xorasan, Herat, Bəlx, Bust və Kabili Samanilərdən alıb.

Mahmud Qəznəvi 1001-1026-cı illərdə islamı yaymaq üçün 17 dəfə Hindistana hücum edib.  Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qataraq Hindistandan çoxlu qənimət əldə edib. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutub. Sultan Mahmudun hakimiyyətinin son dövründə Qəznəvi dövləti Hindistandan Xarəzmə və Xəzər sahili torpaqlara qədər ərazini əhatə edib.

1026-cı ildə Sultan Mahmud Qəznəvi Hindistanın bütpərəstliyə sitayiş edən Thanesar bölgəsinə səfər edib. Bütün məbədləri dağıdıb və azan oxunmasını əmr edib, bu ərazilərdə  məscidlər tikdirib.  Bundan sonra o islam dünyasında Xəlifənin göstərişi ilə “Sultan” ləqəbini alan ilk insan olub.

1002-ci ildə I Xələfi devirərək Səffarilər dövlətinə son qoyub. 1008-ci ildə Racput Konfederasiyasını məğlub edən Mahmud Şahilər sülaləsinə son qoydu. Sultan Mahmud hinduizmə nifrət edirdi və hər hücumunda onlarla məbəd dağıdılırdı. O Rey və İsfahan kitabxanalarını Qəznəyə köçürüb.

Sultan Mahmud eyni zamanda fars dilinə üstünlük verib, fars dilini ərəb dili yerinə rəsmi divan dili seçib və fars dilinin şah əsəri və ana kitabı olan Şahnamənin yazılmasını Firdovsidən istəyib. O,  dörd yüzdən artıq şairin yaşayışını təmin edərək  İranın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərib.

1030-cu ildə Qəznə şəhərində vəfat edən Sultan Mahmud burada dəfn edilib. Ömrünün 45 ilini müharibə meydanlarında vuruşaraq keçirən Sultan Mahmud Qəznəvi Türk İslam dünyasının yetişdirdiyi ən böyük hökmdarlardan biri kimi tarixdə öz yerini tutub.

Vüsalə Əlövsətqızı

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az