Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Hicran Hüseynova: “Qızların idmanla məşğul olmasına əsas əngəllərdən biri cəmiyyətin stereotipləridir”

“Sağlam qadın sağlam nəsil deməkdir”.

“Qızlarımızın idmanla məşğul olmasına əsas əngəllərdən biri cəmiyyətdə olan stereotiplərdir. Bədən tərbiyəsi və idmanla məşğul olmaq cinsindən olmayaraq hər bir fərdin hüququdur”.

Din.az APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda hər iki cinsin nümayəndələri arasında idmana maraq böyükdür: “Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə baxanda görürük ki, qədim dövrlərdə qadınlarımız kişilərlə birgə at çapıblar. Qadınlarımız kişilərin ardınca boks, futbol, ağır atletikada iştirak etməyə başladılar. Sağlam qadın sağlam nəsil deməkdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az