Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hicablı gənc qıza hücum edən qadın həbs edildi

“Özümü qorumaq üçün saçından çəkdim, baş örtüyü əlimdə qaldı”.

Məhkəmə İstanbulun Maltəpə bölgəsində avtobusda hicablı gənc qıza hücum edən Almıla Kursarın həbs edilməsi barədə qərar qəbul edib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam saatlarında Maltəpə bölgəsində hicablı qıza hücum edən qadın haqqında qərar verilib.

Prokurorluq şübhəli şəxsin “Hədələmə”, “Təhqir”, “Yüngül xəsarət”, “Xalqı kin və düşmənçiliyə təhrik etmə və ya alçaltma”, eyni zamanda “İnanc düşüncə və fikir azadlığına mane olmaq” cinayətlərindən həbs edilməsi tələbilə beynəlxalq məhkəməyə yönləndirib. Almıla Kursar gətirildiyi məhkəmənin qərarı ilə həbs edilib.

Prokurorluqda Almıla Kursarın ittihamları qəbul etmədiyi və belə dediyi qeyd olunub: “Əsəblərimə görə müalicə olunuram. Ən əvvəl o mənə hücum etdi və məni vurdu. Mən onu söyüb təhqir etməmişəm. Özümü qorumaq üçün saçından çəkdim, baş örtüyü əlimdə qaldı. Bu zaman “Sən ölməlisən” dediyimi qəbul edirəm. Mən hər kəsin inancına hörmətlə yanaşan insanam”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az