Hicablı alpinist dünyanın 5-ci zirvəsini fəth etdi

Pərvanə Kazemi 8 ildir ki, peşəkar alpinizmlə məşğuldur.
Pərvanə Kazemi 8462 metr hündürlüyə malik Makalu zirvəsini fəth edən ilk alpinist olub.
“Din.az” “ParsToday”a istinadən xəbər verir ki, Malaku zirvəsi “Qara nəhəng” adı ilə məşhurdur, Nepal-Çin sərhəddində yerləşir. Mayın 12-si, səhər saat 7-də (yerli vaxtla), İran vətəndaşı olan Pərvanə Kazemi Makalu zirvəsinin özündən mobil telefonla zəng edərək, fəthi haqda xəbər verib.
Pərvanə Kazemi 8 ildir ki, peşəkar alpinizmlə məşğuldur. Və Mahalanqur-Himal dağ silsiləsinin şərqində yerləşən və Everestdən 22 kilometr cənub-şərqdə yerləşən Makalu zirvəsini cəmi 1 həftəyə fəth edə bilən ilk alpinistdir.
Qeyd edək ki, xanım Kazemi zirvəyə tək başına qalxıb.
Xatırladaq ki, daha əvvəl də iki iranlı xanım alpinist də Makalu zirvəsini fəth etmişdi, lakin onlar tək başına yox, qrup halında zirvəyə qalxmışdılar.