Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

HİCABI ZORLA ÇIXARILAN QADINA TƏZMİNAT VERİLƏCƏK

Müsəlman qadına 85 min dollar təzminat ödəniləcək.

ABŞ-ın Kaliforniya ştatında məhkəmə hicabı çıxarılaraq dini ayrıseçkiliyə məruz qalan qadına təzminat ödənilməsi barədə qərar qəbul edib.

Din.az bildirir ki, Amerika-İslam əlaqələri komissiyasının verdiyi məlumata əsasən, keçən il hicabı polis tərəfindən zorla çıxarılan Körsti Pauel adlı müsəlman qadın məhkəməni udub və ona 85 min dollar pul ödəniləcək.

Qeyd edək ki, qadın həbs edilən zaman polis ona müdaxilə etmişdi. “Long Beach” polis idarəsi ötən il baş verən hadisə zamanı şübhəlilərin üzərindən kəmər, ayaqqabı bağı və başı örtən geyim kimi əşyaların qanunun tələbinə görə çıxarıldığını demişdi. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az