Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

HİCABA QADAĞA QOYMUŞ MƏKTƏB DİREKTORU İFLİC OLDU – FOTO

Məktəb rəhbəri yeni dərs ilinin ilk günündə iş otağından birbaşa xəstəxanaya aparıldı.

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı…

Müəllimə və qız şagirdlərin hicab geyinməsinə qarşı çox fəal şəkildə çıxış edən, ötən dərs ilində hicaba qadağa qoyulması haqda əmr imzalamış məktəb rəhbəri yeni dərs ilinin ilk günündə birbaşa iş otağından xəstəxanaya aparıldı.

Din.az-ın Moderator.az-a istinadla verdiyi xəbərə görə, olay Mordoviya Respublikasının Belozerye kəndində baş verib. Respublikada hicabla bağlı vəziyyəti işıqlandıran bloqer Rasul Tavdiryakovun yaydığı xəbərdə deyilir ki, illərlə məktəbə baş örtüyü ilə gələn müəllimə və qız şagirdləri acılayan direktor Vera Lipatova insult keçirib.
Müsəlman tatarların kompakt yaşadığı Belozerye kəndinin orta məktəbində hicabla bağlı qalmaqal 2016-cı ilin dekabrında başlayıb. Həmin vaxt məktəbə yenicə direktor təyin olunmuş Vera Lipatova qadın və qızlara müəssisə ərazisinə hicabla daxil olmağı qadağan edən əmr imzalayıb. Mordoviya təhsil nazirinin müavini Qalina Yavkina Belozerye kənd məktəbi müəllimlərinin Yeni il qabağı yığıncağında çıxış edərkən baş örtüyünə qadağanı belə izah etmişdi:”Artıq nə kəndin icra nümayəndəsi, nə də məktəb direktoru hər bir başı örtüklü pedaqoqa görə saatlarla başçı(Mordoviya rəhbəri nəzərdə tutulur-S.L.) qarşısında hesabat verməyə hazırlaşır…”

Bir qrup müəllimə müsəlmanların inancına zidd olmasına və ayrı-seçkiliyə yol verməsinə görə məktəb direktorunun tələblərini yerinə yetirməkdən imtina edərək məhkəməyə üz tutublar. Pedaqoqlar onlara vurulmuş mənəvi ziyana görə direktorun hər birinə 5 min rubl ödəməsini tələb ediblər. Lakin məhkəmə şikayətçilərin bütün iddialarını rədd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az