Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hicaba görə hərbi tribunala verilsə də, baş örtüyünü açmadı – İbrətamiz…

Müsəlman qadın hərbi forma ilə birgə hicab da bağladı.

Cənubi Afrika Respublikasında müsəlman qadın hicabını çıxarmaqdan imtina etdiyi üçün hərbi tribunal qarşısına çıxacaq.

Din.az bildirir ki, Cənubi Afrika Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə hərbi xidmət keçmiş mayor müsəlman qadın Keyptaunun 2 nömrəli hərbi xəstəxanasında patoloq-anotom kimi çalışır. Həmin 10 il ərzində qadın hərbi forma ilə birgə hicab da bağlayıb; baş örtüyü asanlıqla uniforma papağının altına yerləşdirilib, geyimin yaxalığı aydın görünüb və üniforma üzərində hər hansı bir ordu rəmzinin üzəri örtülməyib.

Qadının vəkili Nazımə Məhəmmədin sözlərinə görə, son vaxtlara qədər müsəlman zabit qadın hicab bağlaması ilə bağlı heç bir problemlə üzləşməyib. Lakin indi yüksək çinli zabitlər nədənsə mövqelərini dəyişiblər və hərbçi xanımdan hicabın çıxarılmasını tələb edirlər. Və bu əmri yerinə yetirməkdən imtina etdiyi üçün o, hərbi tribunala verilib.
Moderator.az müsəlman hərbçi qadının sonrakı taleyi haqda məlumat verməyə çalışacaq. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az