Hicab geyinən şahzadə tənqid edildi – FOTO

Şahzadə Sarayevoya səfəri zamanı hicab geyindi.
İsveç Krallığının vəliəhd şahzadəsi Viktoriya Bosniya ve Hersoqovinaya səfəri zamanı Sarayevoda məscidi ziyarət edərkən hicab geyindiyinə görə kütləvi şəkildə tənqid edilib.
Din.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsveçin “Fira Tider” nəşri yazıb.
“Vəliəhd şahzadə Viktoriya məyus etdi. O, Sarayevoya səfəri zamanı müsəlman hicabı geyinmişdi”, – sosial şəbəkə istifadəçilərindən biri qeyd edib.
Bildirilir ki, səfər zamanı kral cütlüyü məscidlə yanaşı, həm də pravoslav kilsəsini, katolik kafedralını və sinaqoqu da ziyarət edib.