HƏSƏN RUHANİNİN İSTƏDİYİ OLDU – QADIN KÖMƏKÇİSİ ÇARŞAB GEYİNDİ – FOTO

Ruhaninin istəyi ilə örtünməyə razılıq verdi.
Vəzifəyə təyin edilmədən əvvəl başını bağlayan və qapalı geyinən Laya Coneydi artıq çarşab geyinib.
Din.az bildirir ki, İran prezidenti Həsən Ruhani seçkilərdə qalib gələndən sonra Harvard Universitetinin məzunu olan Laya Coneydini köməkçisi kimi yanına alıb.
Vəzifəyə gəlməzdən əvvəl başını bağlayıb qapalı geyinməyi üstün tutan Coneydi artıq çarşab geyinməyə başlayıb. İran mediasının verdiyi xəbərə görə, o bu qərara ediləcək reaksiyalardan çəkinən Ruhaninin istəyi ilə razılıq verib.
Qeyd edək ki, Həsən Ruhani seçkilərdən əvvəl vəd verməsinə baxmayaraq göstəriləcək reaksiyalardan dolayı qadın nazir təyin etməmişdir.