Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Həsən Ruhani: “Suriya problemini özümüz həll edə bilərik”

“İran, Türkiyə və Rusiya Astana müzakirələri üçün böyük səylər göstərirlər”.

İran prezidenti Həsən Ruhani İran, Türkiyə və Rusiyanın birgə hərəkət edəcəkləri təqdirdə Suriya probleminin həll olunacağını bildirib.
“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Ruhani İran, Türkiyə və Rusiyanın Astana müzakirələri üçün böyük səylər göstərdiklərini qeyd edib.

ruhani_esas_014

O deyib: “Bütün səylərimiz Astana müzakirələrinin Suriyadakı problemlərin həllində son addım deyil, başlanğıc olması istiqamətindədir. İran, Türkiyə və Rusiya birgə Hələb və Suriyada atəşkəs əldə etsə, bu, üç ölkənin aktiv qüvvə olduğu və bu işi birgə həll edəcəyini göstərir”.

resized_0c3f1-5eee90b0hasdi

Suriyada 5 il davam edən vətəndaş müharibəsindən sonra atəşkəsin əldə edilməsini müsbət addım adlandıran Ruhani deyib: “Müharibə yenidən alovlanmadan atəşkəsin daimi olmasına çalışmalıyıq. İndiyə qədər Suriya müzakirələri daha çox xarici ölkələrdəki müxalif qruplar tərəfindən həyata keçirilirdi. Lakin bu dəfə müzakirələr səhnədəki qruplarla aparılacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az