Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

HƏSƏN RUHANİ İSVEÇLİ XANIM NAZİRLƏRİN BAŞINI BAĞLATDI – FOTOLAR

İrana gedən isveçli qadın nazirlər başlarını bağlamağı unutmayıblar.

Serial çəkilişləri ilə bağlı müqavilələrə imza atmaq üçün İrana gedən isveçli qadın nazirlər başlarını bağlamağı unutmayıblar.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İsveç hökumətinin 12 qadın naziri İran İslam Respublikasının prezidenti Ruhaninin qonağı olub. İran ilə İsveç arasındakı münasibətləri inkişaf etdirmək və iki ölkə arasında serial çəkilişi ilə bağlı müqavilə imzalanması üçün ölkəyə gedən qadın nazirlər geyimlərə də diqqət ediblər. Belə ki, başlarını bağlayan isveçli qadın nazirlər ətək yerinə şalvar geyinməyi tərcih ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az