Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Həsən Ruhani: “Avropalılar amerikalılara ciddi mesaj verməlidirlər”

Həsən Ruhani Avropa ölkələrini ABŞ-a xəbərdarlıq etməyə çağırıb.

“Avropalılar amerikalılara ciddi mesaj verməlidirlər”.

Din.az APA-ya istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani Nyu-York səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.

BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün sabah Nyu-Yorka yollanacaq H. Ruhani Avropa ölkələrini İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı ABŞ-a xəbərdarlıq etməyə çağırıb.

Ruhani Belçika parlamentinin spikeri ilə görüşdə də bu məsələyə toxunub. O, ABŞ-ın HBFP üzrə öhdəliklərini pozduğunu deyib: “Avropa İttifaqından istəyirik ki, HBFP ilə bağlı öhdəliyini tam yerinə yetirsin və ABŞ-a bu planla bağlı öhdəliyini yerinə yetirmək üçün təzyiq göstərsin”.

Ruhani tərəflərin üzərinə götürdükləri öhdəliyin icrasının zəruriliyini vurğulayıb. O həmçinin qeyd edib ki, Tehran Avropa İttifaqı ölkələri ilı əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az