Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

HƏR ZƏVVAR 4 MİN DOLLAR XƏRCLƏYİB

“Zəvvarlar üçün rahat şərait yaradılmışdı”.

“19 gün ərzində bütün təbəqələrdən olan insanlar ziyarətlərini keçirdilər. Ehram geyiminə görə, heç kim başqasından fərqlənmirdi”.
“Bu il həcc ziyarətinə getmək üçün zəvvarlar 4000 dollar pullarından keçiblər”.

Din.az bildirir ki, bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində keçirilən tədbirdə, dini mahnıların ifaçısı Hacı Aydın Rza deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti bu il çox gözəl təşkil olunub, zəvvarlar üçün rahat şərait yaradılıb: “19 gün ərzində bütün təbəqələrdən olan insanlar ziyarətlərini keçirdilər. Ehram geyiminə görə, heç kim başqasından fərqlənmirdi”.

“Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarəti üçün 3850 dollar məbləğ təyin etmişdi, oraya otel, biletlər, ehram və avtobuslar daxildir. Lakin əlavə ödənişlər də olur. Məsələn, qurban kəsmək 120 dollar təşkil edir” — deyə o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az