Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hər il dünyada nə qədər insan siqaretdən ölür? – Statistika

“Tütün hamımız üçün təhlükədir”.

Siqaret çəkmək hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur.

Din.az-ın “Trend”ə istinadən verdiiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir.

Qeyd olunur ki, bununla bağlı səhiyyə xərcləri və səmərəli əməyin azalması isə ailələrə və hakimiyyətlərə ən azı 1,4 milyon dollara başa gəlir.

ÜST-nin baş direktoru Marqaret Çən deyib: “Tütün hamımız üçün təhlükədir: yoxsulluğu artırır, iqtisadi səmərəliliyi azaldır, ailənin qida rasionunu zəiflədir, binaların daxili havasını çirkləndirir”.

Azərbaycanda aparılan təxmini hesablamalara gəldikdə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az