Həqiqi mömin necə olmalıdır?

O cəmiyyətdə ki, möminlər yaşayır, orada tənbəllik olmamalıdır…
Mömin insan üçün həqiqi sevinc o zaman meydana gələr ki, bir addım Allaha daha çox yaxınlaşar.
“Din.az” “deyerler.org”a istinadən bildirir ki, bəs həqiqi mömin necə olmalıdır?
1. Allahı yada salaraq, həyatında sevinc yaratmalıdır.
İslam dininin nəzərinə görə, o həyatda ki, Allah yada salınmaz – həmin həyatın heç bir sevinci və ləzzəti olmaz. Allahı yada salmaqdan uzaq olmaq insan həyatını çətinləşdirər. Əksinə, Allahı yada salmaq həyatına sevinc və ləzzət qatar. Ona görə də həqiqi mömin o kəsdir ki, Allahı yada salaraq qəlbi aramlıq tapar və sevinc və şadlıq əldə edər.
2. Allaha təvəkkül etmək.
Həqiqi mömin o kəsdir ki, həyatından razıdır və hər bir işində Allaha təvəkkül edər. Allaha təvəkkül etmək həyatını daha xoşbəxt və şad edər. Allaha təvəkkül edərək həyatda müvəffəqiyyət qazanar və çətin həyat yolunu asanlıqla başa vurar. O kəslər ki, Allaha təvəkkül edərlər, çətin və böyük işlərdə ən az təzyiq hiss edərlər. Həyatın ağır küləkləri qarşısında davamlı dağ kimi dayanarlar.
3. Həyatlarından razıdırlar.
O kəs ki, imanlıdır, Allahın ona verdiyi nemətlərdən razı olar və ona qane olar. Halbuki, elə insanlar vardır ki, böyük sərvətə malik olmaqlarına baxmayaraq, həyatlarından razı deyillər. Ona görə də bu qədər imkanlarının olmasına baxmayaraq, davamlı olaraq şikayət edərlər.
4. Həyatda hədəfə malik olmaq.
O kəs ki, bütün işlərini proqram üzərində həyata keçirər və hədəfə malik olar – müvəffəq və xoşbəxt insanlardırlar. Həqiqi möminin sifətlərindən biri də budur ki, həyatda ali hədəflərə malik olsun və işlərini nəzm və proqram üzərində həyata keçirtsin.
5. Sadiq və düzdanışandır.
İslam dininin fəzilətli sifətlərindən biri – sədaqətdir. Mömin insan sadiq və düzdanışandır. Bu insan sadiq olduğu üçün bütün çətinliklərdən çıxış yolu tapa bilir. Riya, nifaq, ikiüzlü olmaq mömin insanın sifətlərindən olmamalıdır. Əgər mömin insan öz düşmənlərinə qarşı belə sadiqcəsinə rəftarlar büruzə versə, faydasına çatar. Sadiq insana hamı etimad edir və ona görə də ona hamı ehtiram göstərir.
6. Tənbəl deyildir.
Tənbəllik bu gün bir cəmiyyət üçün ən böyük problemlərdən biri sayılır. O cəmiyyətdə ki, möminlər yaşayır, orada tənbəllik olmamalıdır. Tədqiqatlar göstərir ki, fəal və məşğul insanlar daha sağlam və daha xoşbəxt həyata malikdirlər.