Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Həcdə məni ərəb də görüb gülürdü…”

Hamıya da qəribə gəlirdi ki, bu ərəb səni hardan tanıyır.

“Həcdə məni ərəb də görüb gülürdü. Maşındaydıq, ərəb təkcə mənə baxıb gülürdü, nəsə deyirdi. Mən də başa düşmürdüm. Hamıya da qəribə gəlirdi ki, bu ərəb səni hardan tanıyır. Soruşurduq ki, tanıyırsan, deyirdi yox. Amma nəyə görəsə o adamlara maraqlı gəlirdim”. 

Bunu aktyor Elməddin Cəfərov “din.az” saytına müsahibəsində Elşad Mirinin “Sənə Məkkədə də gülürdülərmi?” sualını cavablayarkən deyib.

Elməddin Cəfərov müsahibəsində Həcc ziyarətindən də danışıb. Bildirib ki, getdiyim yolu sona çatdırmaq üçün iməklədiyim belə oldu: “Həccə gedəndə robort kimi gedib gəlmək, titul üçün gedib gəlmək istəmirdim. Gözümün gördüyü ilk gözəl şey Kəbə evi idi. Baxmaqdan doymurdum, amma oranı ev olaraq qəbul edirdim. O evin sahibinə dua edirdim, “ey ev” deyərək duam olmadı, yalnız Allahdan istədim. Uşaqlığımda ən rahat yer ana qucağı olub, bu yaşımda da huzur tapdığım yer Mədinə şəhərində Peyğəmbər Məscidi oldu. Bu psixoloji hissdir və bunun səbəbini açıqlaya bilmərəm, nəyə görəsə orada çox rahat idim”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az