Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ: ZİYARƏT XƏRCLƏRİ YENİ FORMADA ÖDƏNİLƏCƏK

Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərcələrinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunur.

“Din.az”ın verdiyi məlumata görə, bu il zəvvarlar əvvəlki illərdən fərqli olaraq, ödənişi bank vasitəsi ilə deyil, nağd formada Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) edəcəklər. Bundan başqa, zəvvarlara ödənişləri 1 may 2017-ci ilə qədər mərhələli formada ödəmək imkanı da yaradılır.

Qeyd edək ki, bu ilki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-dan başlayıb və QMİ-nin Həcc şöbəsində sənədlər qəbul olunur. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarət iki formada (VİP və nisbətən ucuz) yox, bir formada olacaq. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən ilki kvota isə 1040 nəfər olub, VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollar olub. Azərbaycanda Həcc sənəd qəbulunu yalnız QMİ aparır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az