Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Heç bir ölkə bunu qəbul etməz” – Qətərdən nə tələb edilir?

“Qətərlə dialoq baş tuta bilər”.

Xəbər verdiyimiz kimi, Misirin xarici işlər naziri Samih Şükri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ölkəsinin Qətərlə dialoqa hazır olduğunu bildirib.

Din.az-ın Metbuat.az-a istinadən verdiyi xəbərə görə, Şükri bildirib ki, rəsmi Doha 13 bəndlik tələb siyahısı ilə razılaşarsa, Qətərlə dialoq baş tuta bilər. Qətər isə beynəlxalq hüquqa zidd olan heç bir iddianı qəbul etməyəcəyini bildirib.

Məsələ ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu deyir ki, 13 maddəlik tələbi oxumuşam, ancaq bunlar tələb yox, sanki dövlətin öz istəyi ilə məğlubiyyətini etiraf etməsidir:

“Bununla heç bir özünə hörmət edən dövlət razılaşmaz. Məsələn, tələb edirlər ki, Qətərdə Türkiyənin hərbi bazası olmasın, Qətər İranla heç bir münasibət qurmasın və s. Bu tələblər başqa ölkənin daxili işlərinə, müstəqil xarici siyasətinə qarışmaqdır ki, bunu da heç bir dövlət, yəqin ki, Qətər də yerinə yetirməyəcək. Yerinə yetirməyəcək də o deməkdir ki, bir sıra ərəb ölkələri ilə münasibətlər gərgin olaraq qalacaq. Düşünürəm ki, zaman keçdikcə bu münasibətlər nisbətən normallaşan məcraya yönələ bilər. Çünki bu gərginlik heç kimin xeyrinə deyil. Səudiyyə Ərəbistanına da ziyandır, Qətərin özünə də ziyandır və s. Maraqlıdır ki, son illərə qədər onlar müttəfiq dövlətlər idi. Qəfil yaranan fikir ixtilafı, bir-birinə olan kəskin ittihamlar məsələni bu vəziyyətə çatdırıb. Münasibətlər dərhal normallaşmayacaq və Qətər tələb olunan maddələri qəbul etməyəcək. Ancaq düşünürəm ki, vasitəçilərin köməyi ilə münasibətləri yumşaltmağa, gərginliyi azaltmağa nail olmaq mümkündür”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az