Haramdır deyə, buna icazə vermədim – Ərdoğan

“İnanın, bu, (siqaret) haramdır. Dini işlər nazirimiz də söylədi: haramdır – dedi”.
Siqaret haramdır. Elektron siqaret istehsalı üçün Türkiyədə yer istəmişdilər, lakin mən icazə vermədim.
Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə “Siqareti ataq, Riza çayı içək” tədbirində çıxışı zamanı deyib.
“İnanın, bu, (siqaret) haramdır. Dini işlər nazirimiz də söylədi: haramdır – dedi. Türkiyəyə investisiya yatırmaq istəyirdilər. O invesitisoyanı başqa yerə qoyun! Elektron siqaretləri əsla ölkəyə buraxmayacağıq. Sözün həqiqi mənasında siqaretə qarşı mübarizəyə başlamışıq”, – deyə dövlət başçısı bildirib.