Hansısa xristianın Qurban və ya Ramazan bayramını qeyd etdiyini görmüsünüzmü?

Müsəlmanların peyğəmbəri olan Həzrəti Muhammədin doğum gününü qeyd edirikmi?
Katoliklər hər il İsa peyğəmbərin anadan olmasını dekabr ayının 25-də, rus, balkan və erməni kilsələri isə, daha doğrsusu pravoslavlar isə 6-7 yanvarda qeyd edirlər. İki təqvim arasında 13 gün fərq var. Miladın keçirilməsindən 6 gün sonra yeni təqvim başlayır. Yeni il isə bütün xristian aləmi tərəfindən böyük təntənə ilə qeyd olunur. Artıq təntənəsi müsəlman ölkələrinə yansıyan “Noel”, “Yeni il”, “Christmas” bayramı xristian dini ilə birlikdə insanlara aşılanır.
Yəhudilərə məxsus mənbələrdə qeyd olunur ki, əslində İsa peyğəmbər 25 dekabr tarixində doğulmayıb, doğula da bilməz. Çünki bu ayda hava soyuq olur, qar yağır. İsa peyğəmbərin dünyaya gəldiyi deyilən fermada sürülərin çobanlar tərəfindən belə soyuq havada çöldə saxlaması çətin məsələdir (İsa fermada doğulan zaman). Odur ki, yəhudilərin qənaətinə görə, İsa oktyabr ayında anadan olub. Bundan başqa bəzi mənbələrdə İsanın təkcə doğum gününün deyil, ilinin də məlum olmadığı, bəzilərində isə Muhamməd Peyğəmbər arasında 963 il fərq olduğu iddia olunur.
İslamda isə təqvim Hicri adlanır və hicrətin başladığı gündən – 16 iyul 622-ci ildən hesablanır. 12 aydan ibarət olan hicri təqvimdə aylar 29 və ya 30 gündən ibarətdir.
Hazırda dünyanın əksər ölkələri, xüsusilə də Azərbaycanda miladi təqvim hesablanır və 2017-ci ildir. Miladi təqvimdən hicri təqvimə keçmək üçün isə miladi təqvimdən 622 çıxılır. Qalıq rəqəm 33-ə vurulur, sonra isə 32-ə bölünür. Beləliklə, miladi təqvimdə 2017-ci ili yaşadığımız halda, hicri təqvimlə bu 1438-ci il edir.
Bəs İsa peyğəmbərin doğum günü ilə birlikdə keçirilən Yeni ilin əsas atributu “Yolka” nəyi simvolizə edir?
“Yolka” və ya “Şam ağacı” bütpərəstlikdən, paqanizm ənənələrindən gələn bir ritualdır. Qədim misirlilər, çinlilər və yəhudilər yarpaq tökməyən ağacı “ölümsüz həyatın simvolu” hesab edir. Məlumatlara görə, indiki yolka bəzədilməsi ənənəsi Almaniyanın qərbindən gəlir. Orta əsrlərdə Adəm və Həvvanı canlandıran bir oyunun əsas dekorasiyası, cənnət baxçasını təmsil edən və üzərində almaların olduğu şam ağacıydı. Bəzi yerlərdə isə İsanı simvolizə edən şamlar yandırılırdı. Ağacla eyni yerdə Yeni il piramidası da quraşdırılırdı. 16-cı əsrdə Yeni il piramidası ilə yolkanın birləşməsindən yeni il ağacı meydana gəldi. Alman qaçqınlar Amerikaya yolka bəzədilmə ənənəsini 17-ci əsrdə aparsalar da, bu adət 19-cu əsrdə məşhurlaşmağa başlayıb. Ənənə Avstriya, İsveçrə, Polşa və Hollandiyada da məşhur idi. Yaponiya və Çinə isə ənənəni 19-20-ci əsrlərdə amerikalı missionerler aparıb.
Bəs müsəlmanların peyğəmbəri olan Həzrəti Muhammədin doğum gününü qeyd edirikmi? Mənbələrə görə, sonuncu peyğəmbər 571-ci ilin 20 aprel tarixində dünyaya gəlib (632-ci ilin 8 iyununda vəfat edib). Özümüzü müsəlman adlandırdığımız halda hicri təqvimin yeni ilini qeyd etmədiyimiz halda xristianlıqla əlaqələndirilən heç bir sosial yardımlaşmanı özü ilə gətirməyən yeni il şənliyini qeyd edirik.
Amma bizdən fərqli olaraq xristian aləmi tarixi dəqiq bilmədikləri İsa Peyğəmbərin doğulduğu günü yeni təqvimin başladığı iddia olunan tarixlə birləşdirərək bayram edir və bunu çox da gözəl şəkildə dünyaya reklam edərək kapitalizmə töhfə verirlər.
Maraqlı bir sual meydana gəlir:
Maraqlıdır, hansısa xristian, katoliklərin, provaslavların və ya protestanların müsəlmanların bayramı olan Qurban və Ramazanı qeyd etdiyini görmüsünüzmü? Heç xristianların özü bunu görübmü?
O zaman evimizin içinə kimi girən Yeni ilin və bəzədiyimiz “yolka”nın doğru olub-olmadığına siz qərar verin!