Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

HAKİM TRAMPIN MÜSƏLMANLARLA BAĞLI VERDİYİ SƏRƏNCAMINA QADAĞA QOYA BİLMƏDİ

Hakim prezidentin sərəncamına qarşı çıxa bilmədi.

ABŞ hakimi Prezident Donald Trampın fövqəladə sərəncamını qadağan etməkdən imtina edib. Prezident Trampın yenilənmiş sərəncamı bir daha bəzi ölkələrin vətəndaşlarına ABŞ-a daxil olmağı qadağan edir.

“Din.az”ın “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, Sietl məhkəməsinin hakimi Ceyms Robartın bundan əvvəlki qərarına görə, prezidentin ilk qadağası dayandırılmışdı.

Hakim deyib ki, vəkillər daha çox sənəd toplamalıdırlar.

Müsəlmanların çoxluq təşkil etdiyi 6 ölkənin vətəndaşları haqqında 90 günlük qadağan qərarı cümə axşamı günü qüvvəyə minməlidir. Lakin bəzi ştatlarda prezidentin bu qərarına qarşı iddialar qaldırılıb. Vaşinqton ştatında vəkillər hakim Robartdan xahiş ediblər ki, o, birinci qərarını yeni sərəncama da şamil etsin.

Lakin hakim deyib ki, prosedur buna icazə vermir. Onun sözlərinə görə, onun qərar verməsi üçün rəsmi şikayət qaldırılmalıdır.

Ədliyyə departamentinin arqumentinə əsasən ilkin qadağanın ləğv edildiyi üçün hakimin əvvəlki qərarı daha tətbiq oluna bilməz. Buna razı olmayanlar isə deyirlər ki, prezidentin yeni sərəncamı əvvəlki sərəncamla demək olar ki, eynidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az