“HAKAN ŞÜKÜRÜN seçimi onu vətən xaini etdi”

“Seçimi onu “vətən xaini” səviyyəsinə endirdi. İllər öncə ona xəbərdarlıq etmişdim”.
Türkiyənin tanınmış futbol məşqçisi Yılmaz Vural FETÖ terror təşkilatı ilə əlaqəsinə görə barəsində Türkiyə hökuməti tərəfindən həbs qərarı çıxarılan Hakan Şükür haqqında danışıb.
Din.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:
“Bir sıra futbolçu dostumuz həmin quruluşun içində olduqlarından hazırda ciddi problemlər yaşayır. Təbii ki, öz seçimləri idi. Hakan Şükürün futbolçu olmasında mənim xidmətim böyükdür. Sakaryada basketbol oynadığı vaxt onu “Bursaspor”a apardım. Hakan 10-15 il türk futbolunu daşıdı. Seçimi onu “vətən xaini” səviyyəsinə endirdi. İllər öncə ona xəbərdarlıq etmişdim. Adı küçələrə verilmişdi, vətən xaini oldu, hər şey silindi.
Həyatım boyu heç kimin məni idarə etməsini istəmərəm. Türkiyəni idarə etmək çətindir. Bu ölkəni idarə edənlər üçün cəza və mükafat vermək vacibdir. Bəziləri cəza alır yolundan dönmür, mükafat alır qane olmur.
Klublardan birində çalışanda məni də tərəflərinə çəkməyə çalışdılar. Yerinə təyin olunan məşqçini FETÖ gətirmişdi. İnsanlar gücün olduğu yerə getməyi sevir”.