Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

HACI QALİB 29-CU DƏFƏ HƏCCƏ GEDƏ BİLMƏDİ

“Hər addımımda Allahın qismətinə inanıram”.

Bir neçə müddət bundan əvvəl keçmiş deputat Hacı Qalib Salahzadə saytımıza açıqlamasında 29-cu dəfə Həcc ziyarətinə gedəcəyini söyləmişdi. Lakin əldə etdiyimiz məlumata görə, bu ilki Həcc ziyarətinə gedə bilməyəcək.
Din.az Moderator.az-a istinadən bildirir ki, Hacı Qalib Salahzadə məsələ ilə bağlı məlumatın doğru olduğunu deyib.
“Bu ilki Həcc ziyarətinə gedə bilmədim. Amma tam hazır idim. Sənədləri də vermişdim. Qəfildən çox yaxın dostum xəstələndi. Yanında olmaq, kömək etmək məcburiyyətində qaldım. Ona görə də Həcc ziyarətinə getməkdən imtina etdim. Qismət olarsa, Ümrə ziyarətinə gedəcəyəm”
Hacı Qalib Salahzadə hər addımı atarkən Allahın qismətinə inandığını söyləyib.
“1990-cı ildən başlayaraq Həcc ziyarətinə gedirəm. Bu il gedəsi olsaydım 29-cu dəfə olacaqdı. Həmişə bir söz deyirəm. Allahın qismətinə inanıram. Həcc ziyarətinə gedəcəyimi əminliklə deyirdim. Amma elə hadisə baş verdi ki, getməkdən imtina etdim. Hər şey Allahın yazdığı qismətə bağlıdır. Qismətdə bu il Həcc ziyarətinə getmək yox imiş. Təki sağlıq olsun. Növbəti illərdə qismət olarsa, gedərik”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az