Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Hacı pivəsi”ndə spirt var” – Bakıdakı məşhur pivə zavodunun direktoru

“Hacı pivəsi” barədə deyilənlər doğru deyil.

“Bəzi proseslərdən sonra pivədə spirtin səviyyəsi minimal həddə “0,5%-dən artıq olmamaqla) çatır”.

Din.az-ın “Lent.az”a  istinadən verdiyi məlumata görə, bunu “Carlsberg Azerbaijan” şirkətinin Əməliyyat Fəaliyyəti üzrə direktor Konstantin Belugin söyləyib. Və beləliklə də, indiyə kimi üzərində “0 faiz spirt” olduğu göstərilən “Hacı pivəsi” barədə deyilənlərin doğru olmaması üzə çıxır.

Direktor bildirir ki, ümumilikdə, alkoqolsuz pivə istehsalı əlavə olaraq xüsusi filtrasiya və dealkoqolizasiya texnologiyasını nəzərdə tutur:

“Hansı ki, bu proseslərdən sonra içkidə spirtin səviyyəsi minimal həddə (0,5%-dən artıq olmamaqla) çatır, bu isə kvas, qatıq və digər süd məhsulları səviyyəsindədir. İstənilən pivə brendimizin etiketi üzərində onun alkoqol tərkibi qeyd olunur və bu da həqiqəti əks etdirən məlumatdır. Alkoqolsuz pivənin keyfiyyətinə gəldikdə isə, bu amil tərkibində olan spirtdən deyil, düzgün istehsal və saxlama şəraitindən asılıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az