Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Hacı Cavad dini icmasının rəhbəri: “Köhnə ünvanda məscid üçün lazımi şərait yox idi”

“Yeni tikilən məscid köhnə məsciddən fərqli olaraq, daha geniş və daha gözəl olacaq”.

“Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidi köhnə tikili olub. 1907-ci ildə tikilən bina əvvəllər mənzil olsa da, sonradan ibadət üçün məscidə uyğunlaşdırılıb. Lakin burada məscid üçün lazımi şərait yox idi”.

Din.az bildirir ki, bunu “APA”ya açıqlamasında Hacı Cavad dini icmasının sədri Kənan Əzizov deyib.

K. Əzizov bildirib ki, Bakı şəhərinin baş planına uyğun olaraq yeni yol-nəqliyyat infrastrukturunun yaradılması məqsədilə məscid köçürmə ərazisinə düşüb, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən məscidə baxış keçirilib, binanın istismar üçün yararsız olduğu müəyyən edilib.

K. Əzizov qeyd edib ki, Hacı Cavad məscidinin inşa olunacağı yeni ərazinin sahəsi 14 sotdur: “Biz artıq ərazi ilə tanış olmuşuq. Yeni tikilən məscid köhnə məsciddən fərqli olaraq, daha geniş və daha gözəl olacaq. Azərbaycan prezidenti cənab İlham Əliyev sağ olsun ki, məscid köçürmə ərazisinə düşdükdən sonra göstəriş verdi, xüsusi komissiya yaradıldı və yeni ünvanda məscidin inşası üçün tapşırıq verildi. Bu, çox humanist, çox müdrik qərardır. Buna görə cənab prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Mütəmadi olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə birgə məscidin inşa olunduğu əraziyə baş çəkirik. İnşaat işləri öz qaydasında gedir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az