Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

GÜRCÜSTANDAN FETÖ TƏŞKİLATINA AĞIR ZƏRBƏ

Sözügedən kollecin FETÖ şəbəkəsi ilə əlaqəsi olub.

Gürcüstanın Təhsil Nazirliyi Dəmirəl kollecinin lisenziyasını yeniləməkdən imtina edib.

Din.az bildirir ki, nazirlik buna səbəb kimi sözügedən kollecin FETÖ şəbəkəsi ilə əlaqəsinin olduğunu göstərib.

5 illik lisenziya müddətini bitməsi səbəbindən nazirliyə müraciət ünvanlayan kollec rəhbərliyi neqativ cavab alıb.

Qərarda kollecdəki təhsil sisteminin ölkə standartlarına uyğun olmaması, müəllim qəbulu və struktur dəyişikliyi kimi proseslərdə uyğunsuzluqların olduğu bildirilib.

Nazirlik rəsmiləri verilən qərarın 10 iş günü ərzində qüvvəyə minəcəyini və bununla da kollecin fəaliyyətinin dayandırılacağını vurğulayıblar.

Qeyd edək ki, hazırda Gürcüstanda FETÖ ilə bağlantılı 4 təhsil ocağı fəaliyyət göstərir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az