Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

GÜRCÜSTANDA “QURANİ-KƏRİM” YENİ TƏRTİBATDA NƏŞR OLUNUB

“QURANİ-KƏRİM” YENİ TƏRTİBATDA…

Gürcüstan Müsəlmanları İdarəsinin sifarişi və dəstəyi ilə “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.
Din.az-ın APA-nın yerli bürosuna istinadən verdiyi məlumata əsasən, ötən ilki nəşrdən fərqli olaraq yeni çap olunan kitabların özəlliyi ərəbcə mətnin yer alması və haşiyəsində təcümələrin qeyd olunmasından ibarətdir.
Latın qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Qurani-Kərim”i akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyev, gürcü dilinə isə Rezo Mikeladze tərcümə ediblər.
Qeyd edək ki, ötən il ümumilikdə 3000 nüsxədə Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdiyi (ərəbcə mətn və izahlı tərcüməsi olan) 1200 səhifədən ibarət “Qurani-Kərim” çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az