Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstanda Məhəmməd Peyğəmbərə həsr edilən toplu nəşr olunub

“Səni görmədən sevdik, ya Rəsulallah!” adlı toplu nəşr…

Gürcüstanda  Məhəmməd Peyğəmbərə həsr edilən “Səni görmədən sevdik, ya Rəsulallah!” adlı ədəbi toplu nəşr olunub.

“Din.az” bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabda İslam Peyğəmbərinin doğum günü münasibətilə “Sülh, sevgi və rəhmət peyğəmbəri” mövzusunda keçirilən şeir müsabiqəsinin qaliblərinin əsərləri toplanıb. Kitab 52 səhifədən ibarətdir.

Gürcüstan Müsəlmanlar İdarəsinin və Türkiyə Diyanet İşləri Başkanlığının Gürcüstan Nümayəndəliyinin keçirdiyi yarışmanın qaliblərinin mükafatlandırma mərasimində 5 nəfər birinci, 10 nəfər ikinci yerə layiq görülüb. Yarışmada 40 yazar iştirak edib.

APA-nın Gürcüstan müxbiri Nizami Məmmədzadə II dərəcəli diplomla təltif olunub və müsabiqənin laureatı adına layiq görülüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az