Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gürcüstanda azan səsləndirilməsinə icazə verilmir

Gürcüstanda azanın ucadan səslənməsi narahatlıq yaradır

7387056_kGürcüstanın paytaxtı Tiflisdəki Cümə məscidində Ramazan günlərində azan verilmir.

“Din.az” xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib.

R.İgidovun sözlərinə görə, hazırlıq mərhələsində olan “Din haqqında” qanun layihəsində əksini tapan müddəalardan biri də budur ki, yüksək səslə azan verilməməlidir: “Azan yalnız məscidin içində verilə bilər. Bildirirlər ki, azanın ucadan səslənməsi narahatlıq yaradır. Ancaq mən bu fikirlə razı deyiləm. Təklif edirəm ki, dövlətə, aidiyyəti təşkilatlara müraciət edək. Necə ki, xristianlar kilsədə yüksək səslə zəng çalır, biz də yüksək səslə azan verilməsini tələb edək. Bu məsələyə hamı, həmçinin ictimaiyyət dəstək verməlidir”.

GMİ-nin rəhbəri Gürcüstanda vəhhabi-sələfi təhlükəsinin artdığını da diqqətə çatdırıb: “Bu gün İŞİD-ə qoşulanların əksəriyyəti onlardır. Biz icazə verməməliyik ki, sələfilər Gürcüstanda güclənsinlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az