Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

GÜRCÜ PATRİARXI TÜRK TERRORÇULARINI EVINDƏ GİZLƏTDİ

Patriarx terrorçuların olduğu evdə yaşamayıb.

İnterpolun terrorizmdə şübhəli bilərək axtardığı üç Türkiyə vətəndaşı 2016-cı ildə bir neçə ay Gürcüstan patriarxı II İlyanın evində gizlənib.

Din.az xəbər verir ki, bu barədə informasiyanı “Rustavi-2” televiziyası patriarxın keçmiş mühafizə rəisi Soso Oxanaşvilinin məhkəmədəki ifadəsinə əsasən yayıb. Oxanaşvilinin sözlərinə görə, patriarx terrorçuların olduğu evdə yaşamayıb:

“Terrorçular burada aprel ayında aşkarlanıblar. Bundan sonra bəlli olub ki, onlar bu evə patriarxın katibi Şoren Tetruaşvilinin göstərişi ilə yerləşdiriliblər. Onlar aşkarlandıqdan sonra biz mühafizə orqanlarına müraciət etdik, amma heç bir reaksiya olmadı. Bir neçə gün sonra terrorçular ölkəni tərk etdilər”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az