Güney Azərbaycanda kütləvi aksiyaya – Çağırış

Urmiya gölü böhranı davam edir.
Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Urmiya gölündə dərinləşən böhranla bağlı bütün şəhərlərdə dinc kütləvi etiraz aksiyaları planlaşdırır.
Din.az xəbər verir ki, fəallar bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində bildiriş yayaraq hər kəsi dinc və mədəni etirazlara qatılmağa çağırıblar. Dinc etiraz aksiyası sentyabrın 23-ü, yerli vaxtla saat 17:00-a planlaşdırılır. Yığıncağa qatılacaq kəslərdən böyük şəhərlərdə yalnız Valilik binaları qarşısında toplaşmaları xahiş edilib.
Bildirişdə səlahiyyətli orqanlar və müxtəlif qurumların Urmiya gölü böhranı ilə bağlı fəaliyyətlərinin yararsız və nəticəsiz olduğu vurğulanıb. / Axar.az